BAKI, 29 may. TELEQRAF
İranın cənubunda yerləşən Buşehr əyalətində hava hücumundan müdafiə sistemi işə düşüb və ABŞ-yə məxsus pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Buşehr əyalətinin Cəm şəhərində atəş səsləri eşidilib. Bildirilib ki, bu, düşmən hava hədəflərinə qarşı hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə əlaqədar olub.
“Qeyri-rəsmi məlumatlara əsasən, Amerika pilotsuz uçuş aparatı məhv edilib”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl “Fars” agentliyi İran hərbçilərinin ölkənin cənubundan müxtəlif hədəflərə raket zərbələri endirdiyini bildirmişdi.