BAKI, 28 may. TELEQRAF

İsrail Livan paytaxtının cənub ətrafındakı binaya hava hücumu həyata keçirib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu hücum atəşkəs rejimi fonunda baş verib.

İsrail ordusu Beyruta dəqiq zərbə endirdiyini açıqlayıb, lakin əlavə məlumat verilməyib.

İsraildəki mənbələr hədəfin Əli əl-Hüseyni olduğunu bildirib. O, Hizbullah və İranla əlaqəli İmam Hüseyn Diviziyasının raket bölməsinin rəhbəridir.

Livan təhlükəsizlik orqanları zərbənin Beyrutun cənub ətrafındakı bir binaya yönəlmiş iki dəqiq idarə olunan raketlə həyata keçirildiyini açıqlayıb.