BAKI, 28 may. TELEQRAF
Avropa Birliyi İsrailə aid dörd təşkilata və üç fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, onlar İordan Çayının Qərb Sahilində fələstinlilərin hüquqlarının ciddi və sistematik şəkildə pozulmasına görə məsuliyyət daşıyırlar.
Sanksiyaya məruz qalanlar arasında Fələstin ərazisində qanunsuz yaşayış binaları tikən şirkətlər və onların rəhbərləri də var.