BAKI, 29 may. TELEQRAF

İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən bir sıra raketlər buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, raket zərbələrinin hansı hədəflərə yönəldiyi hələlik açıqlanmayıb. Agentlik mənbələrə istinadən bildirib ki, Fars körfəzi sularında toqquşma ehtimalı mövcuddur.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.