BAKI, 28 may. TELEQRAF
ABŞ-nin İranla bağlı danışıqlarda səbri məhduddur. Amerika qoşunları İslam Respublikasına qarşı zərbələri bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Biz səbirliyik, amma bu, sonsuz deyil. Prezident Donald Tramp həmişə sülh sazişinə üstünlük verir və indiyə qədər etdiyimiz hər şey müdafiə xarakterli olub. Biz bu yanaşmanı davam etdiririk. Lakin Prezident Tramp sülh sazişi bağlaya bilməyəcəyimizə qərar verərsə, zərbələrə qayıdacağıq", - deyə o bildirib.