BAKI, 28 may. TELEQRAF

İran və ABŞ arasında münaqişənin həlli üzrə saziş layihəsi hələ də razılaşdırılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi danışıqlar komandasına yaxın mənbəyə istinadən məlumat yayıb.

"Bəzi qərb mənbələrinin İran və ABŞ arasında sözdə anlaşma memorandumunun mətninin yekun olaraq təsdiq edildiyini və elanını gözlədiyini iddia etməsi həqiqətə uyğun deyil. İran hələ vasitəçi Pakistana mətnin yekun təsdiqini elan etməyib", - mənbə qeyd edir.

Daha əvəl "Axios" portalı ABŞ və İran arasında anlaşma memorandumu layihəsinin razılaşdırıldığını, amma prezident Donald Tramp tərəfindən hələ təsdiqlənmədiyini yazıb.