BAKI, 29 may. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın portretinin əks olunduğu 250 dollarlıq əskinasın dizaynı hazırlanır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, onun dövriyyəyə buraxılması üçün qanunvericilikdə dəyişikliklər tələb olunur, ona görə də iş hələ ilkin mərhələdədir.

"Hazırkı qanuna görə, Amerika valyutasında heç bir insan təsvir edilə bilməz və üzərində "Tanrıya inanırıq" yazısı olmalıdır. Beləliklə, hazırda ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda 250 dollarlıq əskinasda yaşayan bir insanın - Donald Trampın təsvir edilməsi üçün qanun layihəsi nəzərdən keçirilir", - deyə o cavab verib.