BAKI, 29 may. TELEQRAF

ABŞ İranın aviaşirkətlərinə qarşı ikinci dərəcəli sanksiyaları nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

“Uçuşları həyata keçirmək üçün aviaşirkətlər təyyarələri yanacaqla doldurmalı, bilet satmalı və eniş haqqını ödəməlidirlər. Biz onları qəbul edən hər kəsə sanksiyalar tətbiq edəcəyik. Onlar başa düşməlidirlər ki, İran dövlətinə məxsus bu aviaşirkətlər qanunsuzdur və bunu edə bilməzlər”, - Bessent deyib.