BAKI, 5 may. TELEQRAF

"Biz onları çox güclü şəkildə əzdik, indi onlar burnunda pulemyot olan kiçik qayıqlara çevriliblər. Onların hər bir gəmisi su altında, dənizin dibində dayanır".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Oval kabinetdə Uşaqların Fiziki Sağlamlığı Bəyannaməsinin imzalanması mərasimindəki çıxışında bildirib.

ABŞ prezidenti İranın nüvə proqramı ilə bağlı isə qeyd edib ki, ölkəsi Tehrana nüvə silahına sahib olmağa imkan verməyəcək.

"Bunlar xəstə insanlardır və biz dəlilərin nüvə silahı əldə etməsinə icazə verməyəcəyik", - deyə o bildirib.