BAKI, 4 may. TELEQRAF

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqından idxal olunan avtomobillərə yeni gömrük rüsumları tətbiq etmək planını bütün region üçün ciddi zərbə kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, Merts bu fikirləri ARD telekanalına müsahibəsində səsləndirib. O qeyd edib ki, vəziyyəti dramatikləşdirmək istəmir və yaranmış durumun Brüsselin ticarət sazişinin imzalanmasını uzatması ilə bağlı olduğunu düşünür.

Kansler bildirib ki, tərəflər arasında razılığın tezliklə əldə olunacağına ümid edir və bu məsələni qarşıdakı beynəlxalq sammitlərdə müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, Tramp Avropa İttifaqından idxal olunan avtomobil və yük maşınlarına 25 faizə qədər rüsum tətbiq ediləcəyini açıqlayıb.