BAKI, 4 may. TELEQRAF

Mərakeşin cənubunda keçirilən hərbi təlimlər zamanı iki ABŞ hərbçisi itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, hadisə Tan-Tan şəhəri yaxınlığında baş verib.

Qeyd olunur ki, ilkin ehtimallara görə, hərbçilər okeana düşmüş ola bilər. ABŞ rəsmisi bildirib ki, insident terrorla əlaqəli deyil.

Hazırda ABŞ, Mərakeş və tərəfdaş ölkələrin iştirakı ilə quru, hava və dəniz qüvvələrinin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatı aparılır.

Mərakeş Silahlı Qüvvələrindən bildirilib ki, iki amerikalı hərbçinin yoxa çıxması terror təhlükəsi ilə əlaqəli deyil.