BAKI, 4 may. TELEQRAF

Petteri Orpo Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışığında ölkəsinin hava məkanının pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Teleqraf xəbər verir ki, Finlandiya hökumət başçısı Ukraynaya dəstəyi ifadə etsə də, pilotsuz uçuş aparatlarının ölkənin hava məkanına daxil olmasının yolverilməz olduğunu qeyd edib.

Məlumata görə, daha əvvəl Finlandiya səmasında, Rusiya sərhədinə yaxın ərazidə naməlum pilotsuz uçuş aparatı aşkarlanıb.

Qeyd olunur ki, aprelin 12-də ölkənin cənubundakı İitti bələdiyyəsində meşəlik ərazidə içərisində partlamamış döyüş başlığı olan dron tapılıb.

Sonradan Finlandiya polisi ölkə ərazisində ümumilikdə dörd pilotsuz uçuş aparatı aşkar etdiyini və onların Ukraynaya məxsus olduğunu ehtimal etdiyini açıqlayıb.