BAKI, 28 aprel. TELEQRAF

Məşhur türkiyəli restorator, “Nusr-et” şəbəkəsinin sahibi Nusret Gökçenin qardaşı fahişəliyə cəlbetmə ilə bağlı cinayət işi çərçivəsində həbs olunub.

Teleqraf xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Məlumata görə, Özgür Nusret istintaqın onun cinayət əməllərində iştirakına dair məlumat əldə etməsindən sonra saxlanılaraq həbs edilib. O, azyaşlıların fahişəliyə cəlb edilməsinə kömək etməkdə ittiham olunur.

Bildirilib ki, istintaq dövründə Özgür Nusret İstanbulda yerləşən həbsxanaya göndərilib.

Qeyd olunur ki, İstanbulun Kiçikçəkməcə rayon prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində aprelin 17-dən etibarən iki əməliyyat keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 13 şübhəli saxlanılıb, onlardan yeddisi həbs olunub, altısı isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər fahişəlik fəaliyyəti üçün məkanların təmin edilməsi, maliyyə sxemlərinin qurulması və əldə olunan gəlirlərin yuyulması ilə məşğul olublar.