BAKI, 28 aprel. TELEQRAF
ABŞ dövlət katibi Marco Rubio İranın ali liderinin sağ olduğunu düşündüklərini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
“Bəli, bununla bağlı müəyyən məlumatlarımız var. İran tərəfi də bunu təsdiqləyir və əksini göstərən sübutlarımız yoxdur”, - deyə Rubio qeyd edib.
Qeyd edək ki, daha əvvəl “The Times” qəzeti kəşfiyyat məlumatlarına istinadən İranın ali liderinin səhhəti ilə bağlı problemlər yaşadığını və qərarların qəbulunda iştirak etmədiyini iddia etmişdi.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Daha sonra aprelin 7-də ABŞ prezidenti Donald Trump iki həftəlik qarşılıqlı atəşkəs elan etdiyini bildirmişdi.