BAKI, 28 aprel. TELEQRAF

ABŞ maliyyə naziri Scott Bessent İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Nazirin sözlərinə görə, sanksiya siyahısında olan İran aviaşirkətləri ilə iş aparmaq ABŞ sanksiyalarına məruz qalmaq riski yaradır.

O vurğulayıb ki, xarici hökumətlər öz yurisdiksiyalarında fəaliyyət göstərən şirkətlərin bu cür hava gəmilərinə xidmət göstərməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidirlər.

Bildirilib ki, bu xidmətlərə aviasiya yanacağının təmin edilməsi, qida xidməti, eniş rüsumlarının alınması və texniki xidmət də daxildir.