BAKI, 27 aprel. TELEQRAF
Macarıstanın Baş naziri Peter Magyar polis, vergi orqanları və kommersiya banklarının rəhbərlərini ölkənin hazırkı rəhbərliyinə yaxın oliqarxların xaricə külli miqdarda pul çıxarmasının qarşısını almağa çağırıb.
Teleqraf xəbər verir ki, o həmçinin Viktor Orbandan qlama hökuməti istefaya çağırıb.
Magyar xatırladıb ki, aprelin 25-də banklar milyardlarla forint dəyərində bir neçə şübhəli əməliyyatı dayandırıb, bir neçə oliqarxın hesabları dondurulub.
Bagyar qeyd edib ki, qanuna görə, Milli Vergi və Gömrük Administrasiyası (NAV) əməliyyatları yalnız üç-dörd gün müddətinə dayandıra və vəsaitləri dondura bilər. Daimi dondurma yalnız məhkəmə prosesi halında mümkün olacaq.
Orban hökumətinə yaxın oliqarxların korrupsiya ittihamlarından qorxaraq aktivlərini satmaq, sərvətlərini xaricə köçürmək və ölkədən qaçmaq niyyətləri barədə ölkə mediası məlumat yayıb.