BAKI, 27 aprel. TELEQRAF

Amerika administrasiyası şənbə günü Vaşinqtonda Prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbulda baş verən hadisəni yeni sui-qəsd cəhdi kimi qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt bunu müntəzəm mətbuat brifinqində bildirib.

"Bu gün buraya suallarınızı cavablandırmaq və Prezident Trampa qarşı daha bir sui-qəsd cəhdinə cavab olaraq görülən tədbirlər barədə Amerika ictimaiyyətini məlumatlandırmaq üçün gəldim", - deyə o bildirib.

Livitt əlavə edib ki, Ağ Evinə görə, cinayətkar prezident və administrasiya rəsmilərini öldürmək niyyətində olub.