BAKI, 27 aprel. TELEQRAF
İranın "Xanzala" haker qrupu Fars körfəzində yerləşən ABŞ dəniz piyadalarının məlumatlarını ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Pars Today" qəzeti məlumat yayıb .
"Biz ABŞ dəniz piyadalarının bütün məlumatlarnı ələ keçirmişik. Əlləri Minab məktəblilərinin qanına batmış siz terrorçulardan qisas alacağıq. Sizə dərhal ailələrinizlə əlaqə saxlamağı və vidalaşmağı məsləhət görürük".