BAKI, 27 aprel. TELEQRAF
"İranla danışıqlarda nəticə əldə etməyə ölkə daxilindəki qüvvələr arasındakı fikir ayrılıqları mane olur".
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində bildirib.
"Sərt xətt tərəfdarları arasında yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri deyil, həm də Ali Rəhbər və onun şurası var. Bundan əlavə, siyasi təbəqə də var: xarici işlər naziri, prezident, maqnatların sözçüləri. Bu insanlar həm də sərt xətt tərəfdarlarıdır, lakin onlar həm də ölkənin iqtisadiyyata ehtiyacı olduğunu başa düşürlər. Buna görə də gərginlik görürük", - deyə o qeyd edib.
Eyni zamanda, Rubio İranın razılaşma əldə etməkdə "ciddi" olduğunu bildirib.
“Düşünürəm ki, onlar səmimi olaraq düşdükləri vəziyyətdən çıxmaq niyyətindədirlər. İranın da eyni problemləri var idi; bir neçə ay əvvəl ölkələrində iğtişaşlar var idi. Münaqişə başlamazdan əvvəl İranın yaşadığı bütün problemlər hələ də mövcuddur və əksəriyyəti daha da şiddətlənib. İndi isə raketlərinin yalnız yarısı qalıb, nə fabrikləri, nə donanması, nə də hava qüvvələri var. Hər şey məhv edilib. Beləliklə, onlar zəifləyiblər”, - deyə Rubio qeyd edib.
Saziş baş tutmasa, İrana qarşı təzyiqlərin daha da artırılacağını bildirib.