BAKI, 27 aprel. TELEQRAF
ABŞ İranın üç mərhələli danışıqlar təklifini müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib.
"Bu təklif müzakirə olunub. Mən prezidenti və ya onun milli təhlükəsizlik komandasını qabaqlamaq istəmirəm. Deməzdim ki, onlar (ABŞ prezidenti Donald Tramp və onun müşavirləri - red) bunu nəzərdən keçirirlər. Sadəcə deyərdim ki, bu səhər təklif müzakirə olub, amma prosesləri qabaqlamaq istəmirəm. Əminəm ki, prezident çox tezliklə bu məsələ ilə bağlı birbaşa danışacaq", - deyə Livitt qeyd edib.