BAKI, 18 aprel. TELEQRAF

Beynəlxalq monitorinq xidməti NetBlocks-un məlumatına görə, İranda internetə çıxış 50 gündür ki, kəsilib.

Teleqraf xəbər verir ki, şirkətin açıqlamasında deyilir: "İran artıq yeddi həftədir ki, qlobal internetdən təcrid olunub və rəqəmsal blokada artıq 50-ci gününə qədəm qoyur".