BAKI, 18 aprel. TELEQRAF

Rusiya hava hücumundan müdafiə (HHM) vasitələri bir gecə ərzində ölkə regionları üzərində Ukraynaya məxsus 258 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücumlar aprelin 17-si saat 20:00-dan aprelin 18-i saat 08:00-dək olan müddətdə qeydə alınıb.

Məlumata görə, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Leninqrad, Novqorod, Pskov, Rostov, Samara, Saratov, Smolensk, Tambov və Ulyanovsk vilayətləri, həmçinin Krasnodar diyarı, Krım Respublikası, eləcə də Azov və Qara dəniz akvatoriyası üzərində vurulub.

Nazirlik qeyd edib ki, bütün pilotsuz aparatların vaxtında aşkarlanaraq zərərsizləşdirilməsi təmin olunub.