BAKI, 18 aprel. TELEQRAF

Ermənistan və Rusiya aprelin 1-də Moskvada keçirilən danışıqlarda əvvəlki hərbi-texniki sazişlərin icrası barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq mövcud olub, lakin bu əməkdaşlıq bir müddət ərzində ya əhəmiyyətli dərəcədə azalıb, ya da dayandırılıb.

Nikol Paşinyan vurğulayıb ki, tərəflər əvvəl əldə olunmuş razılaşmaların icrası barədə razılığa gəliblər.