BAKI, 15 aprel. TELEQRAF
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampa göndərdiyi rəsmi məktubda Pekinin Tehrana silah ötürməsi ilə bağlı iddiaları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp "Fox Business"ə müsahibəsində deyib.
"Si Cinpinə məktub yazaraq, bu cür addımlardan çəkinməsini xahiş etmişdim. Mənə çox mükəmməl cavab məktubu göndərdi. Çin lideri həmin məktubda faktiki olaraq bu cür tədarüklərin həyata keçirilmədiyini vurğulayıb", - o qeyd edib.