BAKI, 13 aprel. TELEQRAF

ABŞ-nin Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib.

Teleqraf xəbər verir ki, qərara əsasən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-nin hərbi blokadası ilə üzləşəcək. Amma İran limanlarından istifadə etməyən gəmilər hərəkət etməkdə sərbəst olacaqdır.

ABŞ Prezidenti Donald Tramp Hörmüz İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəyi barədə xəbərdarlıq edib.

“Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək – dənizdə narkotik qaçaqmalçılarına qarşı istifadə etdiyimiz eyni üsulla. Bu, sürətli və amansızdır”, - Tramp bildirib.