BAKI, 13 aprel. TELEQRAF

Avstraliyanın baş naziri Entoni Albanizi ABŞ-dan Yaxın Şərqdəki münaqişə ilə bağlı hərbi yardım istəyi almadıqlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, Albanizi televiziya müsahibəsində Vaşinqtonun İrana qarşı əməliyyat barədə qərarı birtərəfli şəkildə qəbul etdiyini və Kanberraya hər hansı iştirak təklifi göndərilmədiyini bildirib.

Onun sözlərinə görə, Avstraliyaya edilən yeganə müraciət Fars körfəzi ölkələrinə, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinə dəstək göstərilməsi ilə bağlı olub. Bu çərçivədə bölgəyə erkən xəbərdarlıq təyyarəsinin göndərildiyi və onun fəaliyyət müddətinin uzadıldığı qeyd edilib.

Qeyd edək ki, baş nazirin açıqlaması ölkə daxilində müxalifətin hökuməti ABŞ-yə daha açıq dəstək verməyə çağırdığı bir vaxtda səsləndirilib.