BAKI, 12 aprel. TELEQRAF

ABŞ və İran nümayəndə heyətləri İslamabadda keçirilən danışıqlarda dondurulmuş İran aktivlərinin hansı həcmdə azad ediləcəyi məsələsində razılığa gələ bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmilərinə istinadən jurnalist Barak Ravid bildirib ki, danışıqlarda əsas mübahisəli məsələlərdən biri məhz blokdan çıxarılacaq vəsaitlərin məbləği olub.

Bundan əlavə, ABŞ tərəfi Tehrandan uranın zənginləşdirilməsindən tam imtina etməyi, iri nüvə obyektlərini sökməyi və bu sahədəki bütün ehtiyatları ləğv etməyi tələb edib.

Vaşinqton həmçinin daha geniş sülh, təhlükəsizlik və deeskalasiya proqramının qəbulunu, eləcə də regiondakı müttəfiqlərin bu çərçivəyə daxil edilməsini istəyib.