BAKI, 12 aprel. TELEQRAF

Misirin xarici işlər naziri Bədr Əbülati İslamabad danışıqlarından sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə telefonla danışıb və regiondakı vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Misir ilə ABŞ arasındakı sıx koordinasiya və davamlı məsləhətləşmələr çərçivəsində Uitkofla telefon danışığı zamanı Amerikanın danışıqlar prosesindəki mövqeyi barədə Əbdülatiyə məlumat verilib", - məlumatda bildirilib və əlavə edilib ki, misirli nazir də öz növbəsində qaldırılan bütün narahatlıqlar ətrafında konsensusa gəlmək, habelə regional təhlükəsizliyi və sabitliyi qorumaq üçün diplomatik yola sadiq qalmağın, dialoq dilini və dinc həll yollarını üstün tutmağın vacibliyini vurğulayıb:

"Cənab Uitkoff mövcud əməkdaşlığı, Misirin Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin dəstəklənməsi istiqamətindəki səylərini təqdir edərək, Misirlə mövcud koordinasiya səviyyəsini yüksək qiymətləndirib və Amerika tərəfinin bu xüsusda Misirin səylərinin davam etməsinə arxalandığını bildirib".