BAKI, 13 aprel. TELEQRAF

Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumatına görə 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.

***

12 aprel

23:16

Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla 22:46-da qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə olub.