BAKI, 13 aprel. TELEQRAF

Macarıstanın baş naziri Viktor Orban rəhbərlik etdiyi “Fides – Macarıstan Vətəndaş İttifaqı” partiyasının müxalifətdə olsa belə ölkəyə xidmətini davam etdirəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Orban açıqlamasında “Biz müxalifətdə olarkən də vətənimizə və Macarıstan xalqına xidmət edəcəyik” deyə vurğulayıb.

Baş nazir həmçinin parlament seçkilərində qalib gələn “Tisa” partiyasını və onun lideri Peter Madyarı təbrik etdiyini qeyd edib.

Orban əlavə edib ki, seçkilərin nəticələri “Fides” üçün ağrılı olub.

Bundan əvvəl hakim partiya nümayəndələrinin seçkilər zamanı müəyyən pozuntuların baş verdiyini iddia etdiyi də bildirilir.