BAKI, 13 aprel. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə İslamabadda planlaşdırılan anlaşma memorandumunun imzalanmamasında Vaşinqtonu günahlandırıb.
Teleqraf xəbər verir ki, Əraqçi sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, sənədin imzalanmasına az qalmış ABŞ tərəfinin “maksimalist yanaşması, şərtləri daim dəyişməsi və sərt mövqeyi” prosesə mane olub.
Nazir qeyd edib ki, İran danışıqlara xoş niyyətlə yanaşıb və İslamabada son 47 ildə ən yüksək səviyyəli nümayəndə heyətlərindən birini göndərib.
Qeyd edək ki, ABŞ və İran arasında keçirilən danışıqlarda tərəflər bir sıra məsələlər üzrə razılığa gələ bilməyib və nəticədə sənəd imzalanmayıb.