BAKI, 12 aprel. TELEQRAF

Böyük Britaniya ABŞ-nin Hörmüz boğazında həyata keçirməyi planlaşdırdığı hərbi missiyada iştirak etməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Londonun ABŞ-nin planlaşdırdığı əməliyyata qoşulmayacağı bildirilib.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin digər ölkələrlə birlikdə Hörmüz boğazının blokadasına başladığını açıqlamışdı.