BAKI, 13 aprel. TELEQRAF
Fransada “Patriotlar” partiyasının lideri Florian Filippo Ukraynanın maliyyələşdirilməsinin dayandırılmasına çağırış edib.
Teleqraf xəbər verir ki, Filippo sosial şəbəkə hesabında paylaşım edərək Ukraynada məcburi səfərbərliklə bağlı görüntülərdən sonra bu mövqeni səsləndirib.
O bildirib ki, Fransanın Ukraynaya ayırdığı vəsaitləri tənqid edir və bunu “avro-zelenski mafiyası” kimi qiymətləndirib.
Filippo iddia edib ki, səfərbərlik strukturları insanları zorla toplayaraq müharibəyə göndərir və bunun korrupsiyanı qidalandırdığını irəli sürüb.
Qeyd edək ki, Filippo daha əvvəl də Fransa hakimiyyətini Ukraynaya dəstəyi dayandırmağa çağırmışdı.