BAKI, 13 aprel. TELEQRAF
Qırğızıstanda DövlətTəhlükəsizlik Komitəsi sədrinin keçmiş müavini Daniel Rısalıyev saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.
Məlumata görə, D.Rısalıyev ötən gün dindirilməyə çağırılıb, daha sonra barəsində saxlanılma qərarı verilib. Onunla yanaşı, xüsusi xidmət orqanının idarə rəislərindən biri də saxlanılıb.
Hər iki şəxs korrupsiyada şübhəli bilinir.