BAKI, 7 aprel. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla mümkün birbaşa danışıqlara qoşula bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, hazırda Vens ehtiyatda saxlanılır və vasitəçilər üzərindən aparılan təmaslar birbaşa görüş mərhələsinə keçərsə, prosesə qoşulmağa hazırdır.
Qeyd olunub ki, hazırkı mərhələdə İranla əlaqələrdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner iştirak edir. Nəşr yazır ki, əgər bu təmaslar ciddi irəliləyişlə nəticələnsə, Vens də danışıqlara cəlb oluna bilər.