BAKI, 31 mart. TELEQRAF

Yaxın Şərqdəki münaqişə qlobal neft hasilatının gündəlik 2,2 milyon barel azalmasına, Avropa və Asiyaya tədarükün isə 40% kiçilməsinə səbəb olub.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Yaxın Şərq böhranının nəticələri artıq dünyanın demək olar ki, hər bir ölkəsində hiss olunub:

"Elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görülür. İctimai nəqliyyatda gediş haqqı və ərzaq qiymətləri artır. Dövlət büdcələrinə əlavə yük yaradan yanacaq qiymətlərinin qarşısını almaq üçün xüsusi mexanizmlər tətbiq olunur", - deyə Təhlükəsizlik Şurası katibinin müavini əlavə edib.