BAKI, 31 mart. TELEQRAF

Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sistemi çəkiləcək.

Teleqraf xəbər verir ki, görüləcək işlərin dəyəri 1 milyon 25 min manat qiymətləndirilib.

İşlərin sifarişçisi Aqroservis Açıq Səhmdar Cəmiyyətidir.

Tender 28 aprel tarixinə kimi davam edəcək.