BAKI, 29 mart. TELEQRAF

"Ermənistan və İran arasında strateji tərəfdaşlıq müqaviləsi ilə bağlı müzakirələr hələlik dayandırılıb".

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərin sualını cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir bildirib ki, sənəd hazırda aşkar səbəblərdən müzakirə olunmur. Onun sözlərinə görə, səfər planlaşdırılırdı, hazırda bu barədə də danışmırıq.