BAKI, 27 mart. TELEQRAF
“Səudiyyə Ərəbistanında Ukraynanın maraq göstərdiyi sahələr var. Bu əməkdaşlıq qarşılıqlı fayda verə bilər”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığa dair sənədin imzalandığını bildirib.
“Biz öz təcrübəmizi və sistemlərimizi Səudiyyə Ərəbistanı ilə bölüşməyə və insanların həyatının qorunmasının gücləndirilməsi istiqamətində əməkdaşlıq etməyə hazırıq”, – deyə Zelenski vurğulayıb. O qeyd edib ki, Ukrayna artıq beş ildir Rusiya raketləri və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir.
Zelenskinin sözlərinə görə, o, vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudla Yaxın Şərqdəki vəziyyəti, Rusiyanın İrana dəstəyini, yanacaq bazarlarındakı durumu və mümkün enerji əməkdaşlığını müzakirə edib.