BAKI, 27 mart. TELEQRAF

ABŞ Yaxın Şərqdə hərbi kontingentini artırmağı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon regiona əlavə olaraq təxminən 10 min hərbçinin göndərilməsi imkanını qiymətləndirir. Gücləndirmə planına piyada qüvvələri və zirehli texnikanın da daxil edilə biləcəyi bildirilir.

Qeyd olunur ki, bu addım ABŞ prezidenti Donald Trumpın İranla danışıqlarda irəliləyişlə bağlı açıqlamaları fonunda gündəmə gəlib.

Mənbələrin sözlərinə görə, ABŞ artıq regiona 5 minə yaxın dəniz piyadası və bir neçə min desantçı göndərib.