BAKI, 27 mart. TELEQRAF

ABŞ İrana qarşı əməliyyatlar çərçivəsində pilotsuz katerlər yerləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, bu addım ABŞ-nin pilotsuz donanma yaratmaq istiqamətində uzun illər davam edən, lakin bir sıra çətinliklərlə müşayiət olunan səyləri fonunda atılıb. Bildirilir ki, layihə texniki problemlər, gecikmələr və yüksək xərclərlə bağlı narahatlıqlarla üzləşib.

Qeyd olunur ki, ABŞ bu cür donanmanı əsasən Sakit okeanda Çinin artan hərbi-dəniz gücünə qarşı istifadə etməyi planlaşdırırdı.

Mənbələrin bildirdiyinə görə, son həftələrdə Yaxın Şərqdə keçirilən uğursuz sınaq zamanı pilotsuz katerlərdən biri sıradan çıxıb. Ötən il isə eyni model yüksək sürətlə başqa bir katerlə toqquşub.