BAKI, 27 mart. TELEQRAF

Azərbaycan ərazisi ilə Ermənistana malların tranzitinə qoyulan qadağanın aradan qaldırılması Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlər arasında qarşılıqlı ticarətin artmasına töhfə verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.

Qriqoryan vurğulayıb ki, Cənubi Qafqaz regionunda nəqliyyat-logistika infrastrukturunun diversifikasiyası xarici ticarət üçün mühüm stimul yaradacaq: “Bu kontekstdə Azərbaycan üzərindən Ermənistana malların daşınmasına qoyulan məhdudiyyətlərin son vaxtlar aradan qaldırılması bizim üçün xüsusilə əhəmiyyətli hadisədir. Bu, regionun potensialının tam şəkildə üzə çıxarılmasına və qarşılıqlı ticarətin artmasına şərait yaradır”.