BAKI, 27 mart. TELEQRAF

"Azərbaycan" qəzetinin şöbə müdiri, jurnalist Rəşad Baxşəliyev vəfat edib.

Teleqraf xəbər verir ki, o, 48 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət eləsin!