BAKI, 27 mart. TELEQRAF

ABŞ və İsrailin İranda keçirdiyi əməliyyat fonunda enerjinin bahalaşması Rumınyada çörəyin qiymətinə ciddi təsir göstərə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Rumıniyanın “Ağıllı enerji” (Asociația Energia Inteligentă, AEI) assosiasiyası məlumat yayıb.

Assosiasiyanın məlumatına görə, ilin əvvəlindən dizel yanacağının qiyməti 30% artıb. Çörəyin maya dəyərində dizelin payı 11%-dir və mövcud böhran vəziyyəti ən azı beş ay davam edərsə, 2026-cı ildə çörəyin qiymətinin 3,3% artacağı gözlənilir.

Eyni zamanda AEI-dan qeyd edilib ki, real qiymət artımı 15,8%–24,7% aralığında ola bilər. Ən pis ssenaridə isə, satıcılar vəziyyətdən istifadə edərək xərcləri tam şəkildə istehlakçılara ötürərsə, məhsulun qiyməti 26,7%–35,64% arta bilər.