BAKI, 27 mart. TELEQRAF

NATO daxilində İran məsələsinə dair fikir ayrılıqları var.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiyanın prezidenti Aleksandr Stubb “Politico”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, alyans iki hissəyə bölünüb: qlobal Şimal ölkələri və qlobal Qərb ölkələri.

“Qlobal Şimal liberal dünya nizamının müdafiəçisi rolunu üzərinə götürür, qlobal Qərb isə daha çox razılaşmalara yönəlmiş ABŞ-dən ibarətdir. Bu, sadəcə reallıqdır”, – deyə o bildirib.

Prezident həmçinin qeyd edib ki, Avropa ölkələrinin Yaxın Şərq siyasətində ABŞ-ni dəstəkləmək üçün mütləq şəkildə birləşmək borcu yoxdur.

“Bu, bir qədər sərt səslənə bilər, amma İran mənim müharibəm deyil, mənim müharibəm Ukraynadır”, – deyə Aleksandr Stubb əlavə edib.