BAKI, 24 mart. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı düşmən dövlət elan etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Telegraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, Kim Çen In Cənubi Koreyanı “ən düşmən dövlət” kimi qiymətləndirdiklərini açıqlayıb.

Onun sözlərinə görə, rəsmi Pxenyan bundan sonra Seulu açıq şəkildə düşmən ölkə kimi qəbul edəcək.

Qeyd olunur ki, daha əvvəl Kim Çen Inın bacısı Kim Yo Çjon ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərini sərt tənqid etmişdi.