BAKI, 22 mart. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Amerika və Ukrayna nümayəndə heyətləri Floridada münaqişənin həlli ilə bağlı məsələləri müzakirə edərək konstruktiv danışıqlar apardığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.

Onun sözlərinə görə, ABŞ və Ukrayna nümayəndə heyətləri Floridada vasitəçilik səyləri çərçivəsində görüşlər keçiriblər. Məsləhətləşmələr münaqişənin nizamlanmasına nail olmaq üçün hələ də açıq qalan məsələlərin dəqiqləşdirilməsi və həllinə həsr olunub.

Uitkoff bildirib ki, tərəflər qlobal sabitlik baxımından vacib hesab edilən bu proses çərçivəsində əlaqələri davam etdirməyi alqışlayırlar. O, həmçinin ABŞ prezidenti Donald Trampa bu istiqamətdə aparılan işlərdə lider rol oynadığına görə təşəkkürünü ifadə edib.