BAKI, 22 mart. TELEQRAF

İran rəsmisi Tehranın Avropa ölkələrinə Qrenlandiyanın maraqlarının qorunmasında yardım göstərə biləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İran polisinin rəisi general Rza Radan Tehranın mərkəzi meydanlarından biri olan Vali-Əsr meydanında keçirilən mitinqdə çıxış edərkən bu təklifi səsləndirib. O, Avropa liderlərinə müraciət edərək bildirib ki, əgər onlar Qrenlandiyanı özləri qoruya bilmirlərsə, bu məsələdə İrandan kömək istəyə bilərlər.

Generalın sözlərinə görə, belə bir müraciət olacağı təqdirdə İran bu istiqamətdə dəstək göstərməyə hazırdır.