BAKI, 20 mart. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Təzəpir məscidində Ramazan bayramının başa çatması ilə əlaqədar qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub.

"Orada başsağlığı verdim. II İlya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin", - şeyxülislam vurğulayıb.