BAKI, 15 mart. TELEQRAF

Böyük Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazında gəmiçiliyin bərpası üçün mina axtaran pilotsuz sistemlərin göndərilməsi imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinin minaların aşkarlanması üçün nəzərdə tutulmuş " Wilton", "Sweep", "SeaCat" və "MMCM" kimi dörd avtonom sistemi var. Lakin bu tip pilotsuz aparatların dəqiq sayı açıqlanmır.

Nəşr qeyd edir ki, Yaxın Şərqdə hansı sistemin istifadə oluna biləcəyi barədə məlumat verilməyib.

Qəzet həmçinin Londonda mina axtaran dronların göndərilməsinin niyə müzakirə edildiyini dəqiqləşdirməyib. Daha əvvəl Donald Tramp administrasiyasının nümayəndələri ABŞ-nin Hörmüz boğazının minalanması ilə bağlı məlumatının olmadığını bildirmişdilər.